Nazilə indi də polkovnik İlqar Mirzəyevin evində FOTOLAR

Xəbər verdiyimiz kimi, polkovnik İlqar Mirzəyev Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. O, İkinci Fəxri xiyabanda dəfn olunub.

SİA-nın məlumatına görə, onun ailəsini şairə Nazilə Səfərli ziyarət edib. Bu haqda Nazilənin özü xəbər verib. Belə ki, polkovnikin evindən şəkilləri sosial media hesabında yayımlayıb və bu sözləri əlavə edib: "Solumda əyləşən əzəmətli qadın Şəhid İlqar Mirzəyevin anasıdır. Şəhid ailələrini, xüsusən analarını ziyarət etmək reklam deyil. Siz də gəlin! Gəlin, anaların acısına qonaq olun. Soruşun onlardan şəhadət zirvəsinin şərbəti necə olur, halvası nə dadır?! Xalqam, xalqın yanındayam.

Getməsəydim də bəziləri deyəcəkdilər ki, hansı şəhid ailəsinin yanında oldun? Bu gündən sonra evimin bir guşəsini şəhid anaları ilə çəkilmiş fotolar bəzəyəcək. Qeyrət nə satılır, nə alınır. O ya var, ya yoxdur.
Şəhid analarının qeyrəti qarşısında baş əyir, diz çökürəm! Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Cənab polkovnik, şəhadətin mübarək!"

Qeyd edək ki, N.Səfərli ötən gün general-mayor Polad Həşimovun ailəsini ziyarət etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə