Türkiyəli məşhurlar da şəhidlərimizə biganə qalmadılar FOTOLAR

Tovuz istiqamətində döyüşlərdə həlak olan şəhidlərlə bağlı sosial şəbəkədə minlərlə paylaşım olub. SİA-nın məlumatına görə, cəbhə bölgəsində yaşanan hadisələrə türkiyəli tanınmışlar da biganə qalmayıblar.

Müğənni Mahsun Kırmızıgül "İnstagram" hesabının "story" bölümündə şəhid olan general-mayor Polad Həşimovla bağlı paylaşım edib.

O, Həşimovun şəklini yayımlayaraq bu sözləri yazıb: "Bacarıqlarına görə ona verilən evi şəhid ailəsinə bağışlayan, avtomobilini nazirliyə verib evinə metro ilə gedən, siyasətçilərin örnək alması gərəkən dürüst insan - general-mayor Polad Həşimov şəhid olub. Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyirəm".

Digər paylaşımı isə moda məsləhətçisi İvana Sərt edib. O, ötən gün vəfat edən 7 şəhidin şəklini yayımlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə