Kanadalı müğənni Castin Biberin yeni uğurları imza atacaq

Kanadalı müğənni Castin Biberin yeni uğurları imza atacaq
17 yaşlı kanadalı gənc müğənni Castin Biber gərgin iş fəaliyyətinə baxmayaraq öz yeni albomu üzərində səylə çalışır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, gənc müğənni yeni albomunu yay aylarında onu sevərlərin ixtiyarına verəcək.

O qeyd edib ki, bütün bu gərgin işə baxmayaraq yeni albomunun hazırlıq işlərindən yorulmur.

Bununla yanaşı, müğənni Eşton Katçerlə birlikdə yeni komediya janrında filmə dəvət alıb.

Filmin yaradıcı heyəti bu ekran əsəri ilə gənc qızların ürəyini fəth etmək fikrindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə