Ülviyyə Alovlu: “Ramal və İlhamə Quliyevanın “Hədiyyəm olsun” mahnısını bu il üçün hazırlamaq istəyirik” - EKSKLÜZİV

Ülviyyə Alovlu: “Ramal və İlhamə Quliyevanın “Hədiyyəm olsun” mahnısını bu il üçün hazırlamaq istəyirik” - EKSKLÜZİV
Röyanın keçmiş mətbuat katibi Ülviyyə Alovlu yeniliklərdən söz açıb. Bu barədə SİA-ya eksklüziv olaraq Ü.Alovlu özü məlumat verib. Onun sözlərinə görə, Röya ilə yeni layihələr gerçəkləşdirəcək: "Onunla 2-3 mahnı hazırlayarıq. Bu mahnılardan biri lirik, digəri isə ritmik olacaq. Daha sonra Röya ilə Rəhim Rəhimli birlikdə konsert proqramı gerçəkləşdirəcək. Bununla yanaşı, Rəhim Rəhimli ilə bir sıra proyektlərə imza atmışıq. O bütün gənc müğənnilərin sifarişini mənə yönəldir".

Röya ilə münasibətlərinin niyə bitdiyinə münasibət bildirən Ü.Alovlu qeyd edib ki, hər yaxşı münasibətin davam etməsi üçün dostluq münasibətini saxlamaq lazımdır: "Baxmayaraq onunla çox yaxın idik, ancaq dostluq münasibətlərimizn davam etməsi üçün kənarlaşmaq lazım idi".

Ən böyük layihə olaraq Ramal və İlhamə Quliyevanın "Hədiyyəm olsun" mahnısını bu il üçün hazırlamaq istəyirik deyən Ülviyyə: "Bu mahnının musiqisi Ramala, sözləri isə mənə aiddir. Bu mahnı üzərində artıq 1 ilə yaxındır ki, çalışılır, ancaq müəyyən səbəblərdən mahnı ləngiyirdi. Düşünürəm ki, bu ifanı yaya tam hazır edək", - əlavə edib.

Bununla yanaşı, Ülviyyə Alovlu yeni "gün.az" saytının istifadə veriləcəyini də diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə