Ayandan gözlənilməz ETİRAFLAR -VİDEO

Müğənni Ayan Babakişiyev verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı aparıcı Zaur Kamalın suallarını cavablandırıb.

O, "Açıq-saçıq, yoxsa qapalı geyim? Tək, yoxsa çox uşaq? ərə getmək, yoxsa oturub uşağına baxmaq" suallarına "Qapalı geyim yaxşıdır. Çoxuşaqlılıq... Yaxşısı oturub ər çörəyi yeməkdir. Məşhur olmaq indi çox asandır. Sevilmək çətindir" cavabını verib.

Ayan "Saf, yoxsa çoxbilmişsən" sözlərinə isə "Saf deyiləm, ağıllıyam" reaksiyasını verib.

İlk məhəbbətdən danışan ifaçı "Yalan söhbətdir ki, bir dəfə aşiq olursan. Birincidə zədə alırsansa, sondakına zərbə vurursan. Onun ağrısını bu birilərdən çıxırsan" deyə, əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə