Gənc müğənni Sevinc Ağaşirinova “Sən də get” deyəcək- EKSKLÜZİV

Gənc müğənni Sevinc Ağaşirinova “Sən də get” deyəcək- EKSKLÜZİV
"Yeni ulduz"dan tanıdığımız və builki "Eurovision" mahnı müsabiqəsinin milli seçimlərində özünü sınayan Sevinc Ağaşirinova yeni mahnısına klip çəkdirəcək. Bu barədə SİA-ya eksklüziv olaraq müğənninin özü məlumat verib.

Onun sözlərinə görə, "Sən də get" adlanan mahnını Tunar bəstələyib: "Mahnıya klip çəkilməsi üçün hazırlıq işləri gedir. 1 həftəyə klipin çəkilişləri işinə başlanacaq".

Müğənni hətta onu da vurğulayıb ki, çoxdandır səhnədə görünməməyinin səbəbi səhhətində baş verən problemlər olub.

Şəxsi həyatından da söz açan müğənni həyatında sevdiyi insanın olduğunu və onunla çox xoşbəxt olduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə