Səməd Səmədov: "Primadonna"nın mənim kimi sadə insana birbaşa efirdə bu qədər vaxt və diqqət ayırdığına görə bəxtəvərəm"

Səməd Səmədov: "Primadonna"nın mənim kimi sadə insana birbaşa efirdə bu qədər vaxt və diqqət ayırdığına görə bəxtəvərəm"
Azərbaycanın Xalq artisti İlhamə Quliyeva telekanalların birində çox ağır sözlərlə əməkdar artist Səməd Səmədovu suçlamışdı. SİA-nın Milli.az-a istinadən verdiyi xəbərə görə, Səməd Səmədov buna cavab olaraq "Axı özünü "Primadonna" adlandıran adama mən nə cavab verim ki?! "Primadonna"nın mənim kimi sadə insana birbaşa efirdə bu qədər vaxt və diqqət ayırdığına görə bəxtəvərəm. Ona görə də fürsətdən istifadə edərək mənə "qayğı"sına görə ona təşəkkür edirəm", - deyə müğənni bildirib.

Qeyd edək ki, İlhamə Quliyeva S.Səmədova toylarda tələbat olmadığını bildirmişdi. "Tədbirlərdən birində mənə yalvarıb dedi ki, onu "Toylar kralı" kimi təqdim edim. Ancaq o, bilməlidir ki, mənimlə belə rəftar etmək olmaz. İndi o, müğənni kimi sıfırdır. Bu adamı toya dəvət etmək üçün beş manat da verməzdim", - İlhamə Quliyeva əlavə etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə