Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri ilk məşqlərini ediblər- FOTO
Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal ilk məşqlərini ediblər. SİA-nın məlumatına görə, təmsilçilərimizin ilk məşqi uğurla baş tutub.
İlk məşq zamanı Azərbaycanın 56-cı "Eurovision" təmsilçilərinin səhnə şousu məlum olub. Eldar Qasımov və Nigar Camal Düsseldorf səhnəsində 4 vokalçı ilə birgə çıxış edəcək. Bu bek-vokalçılar təmsilçilərimizi həm musiqi, həm də rəqs ifaları ilə müşayiət ediblər. Təmsilçilərimizin məşqi Avropa mediası tərəfindən də diqqətlə izlənilir.
Məşqdən dərhal sonra isə Eldar və Nigarın mətbuat konfransı baş tutub. Azərbaycan təmsilçiləri "Eurovision-2011" müsbaiqəsinə hazırlıq prosesindən, eləcə də bu müsabiqəyə olan xoş münasibətlərindən söhbət açıblar.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri mayın 10-da I yarımfinalda çıxış edəcəklər. Həmin gün təmsilçilərimiz mayın 14-də keçiriləcək final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB