NEXT qrupu yenə Gürcüstan səhnəsində

NEXT qrupu yenə Gürcüstan səhnəsində
4 yaraşıqlı oğlandan ibarət NEXT qrupu ikinci dəfə Gürcüstan səhnəsində çıxış edəcək. Bu barədə qrupun mətbuat xidmətindən bildirilib. SİA-nın məlumatına görə, NEXT mayın 9-da Gürcüstanda solo konsert proqramı ilə çıxış edəcək. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və iş adamı Tural Bayraməliyevin təşkilatçılığı ilə keçirləcək. Bildirək ki, konsert Gürcüstanın Marneuli mədəniyyət sarayında olacaq.

Qeyd edək ki, ulu öndərin xatirəsinə həsr olunmuş konsertdə məxsusi olaraq ona ithaf olunmuş musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid "Pride" əsəri səsləndiriləcək. Bildirək ki, Next qrupu bu mahnını dünya şöhrətli balaban ustası Əlixan Səmədovla birgə yazdırıb.

"Bu ilki proqram isə ötən ilkindən fərqlənəcək. Bu konsert proqramımızda hələ heç yerdə səslənməyən yeni musiqlər də yer alacaq. İnanırıq ki, ötən ilki uğurumuzu təkrarlaya biləcəyik. Nəzərə alsaq ki, keçən il verdiyimiz konsertdən sonra Gürcüstanda çoxlu sayda fanat toplaya bilmişik, deməli bu bir o qədər də çətin olmayacaq", - deyə mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, NEXT ötən il mayın 28-də Gürcüstanın Tbilisi Dövlət Flarmoniyasında "Love for sale" adlı konsert proqramı ilə çıxış etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə