Emin "Jara"nın onlayn keçirilməsini ləğv etdi

Xalq artisti Emin Ağalarov "Jara 2020" beynəlxalq musiqi festivalının online keçirilməsindən imtina edib. SİA-nın məlumatına görə, ifaçı səbəbini açıqlayıb: "Karantin dövründə onlayn konsertlərə baxdım. Maraqlıdır təcrübə və formatdır. Amma sənətçi üçün canlı musiqi və auditoriya önəmlidir. Bu atmosferi heç nə ilə əvəz etmək olmaz" deyə, Ağalarov söyləyib.

Emin onu da bildirib ki, bu il planlaşdırılan "Jara" 2021-ci ildə eyni sənət adamlarının iştirakı ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...