Səidə həmkarlarına “qoyun” dedi FOTOLAR

Xəbər verdiyimiz kimi, "Altın kelebek" mükafatını bu il də Xalq artisti Röya Ayxan qazanıb. SİA-nın məlumatına görə, bununla bağlı məlumat ötən gün sosial şəbəkədə və saytlarda yayımlanıb. Müğənni Səidə Sultanın məsələyə reaksiyası diqqət çəkib. Belə ki, o, xəbər saytlarının birinin paylaşımına belə şərh yazıb: "Bəli, Azərbaycandan bir çox müğənni qatılmışdı. Hamısı da qoyun kimi bilirdi ki, sən udacaqsan".


Qeyd edək ki, "Altın kelebek"ə namizədlər arasında Azad Şabanov, Elçin Cəfərov, Gülay Zeynallı, Nura Suri, Oksana Rəsulova, Pərvin Abiyeva, Röya Ayxan və Sevda Yəhyayeva olub.

Bütün xəbərlər Facebook səhifəmizdə