“Elə veriliş yoxdur ki, ağlamayım” VİDEO

Qarmon ifaçısı Gülbahar Şükürlü verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, proqramda ifaçının mərhum həyat yoldaşı Zahidlə görüntüləri yayımlanıb.

Verilişdə göz yaşlarını saxlaya bilməyən musiqiçi bu sözləri dilə gətirib: “Elə bir veriliş yoxdur ki, ağlamayım. Zahid vəfat etdikdən sonra mənim üçün həyat davam etmir. Həyat yoldaşımla 10-cu sinfi bitirən kimi ailə qurmuşuq. Mənə heç vaxt əl qaldırmayıb. Onun çox yaxşı xasiyyətləri var idi. Musiqini və şeiri sevirdi. Çox gözəl musiqi duyumu var idi”.

Bütün xəbərlər Facebook səhifəmizdə