Eurovision təmsilçilərimiz 18.00-da ilk məşqlərini keçirəcəklər

Eurovision təmsilçilərimiz 18.00-da ilk məşqlərini keçirəcəklər
Düsseldorfda "Eurovision-2011" Mahnı Müsabiqəsinin ilk məşqləri keçirilib. Artıq təmsilçilər mətbuat nümayəndələri və fanatlarla görüşüblər. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, ilk performansı Polşanı təmsil edən Maqdalena Tul göstərib. Norveç, Albaniya, Ermənistan, Türkiyə, Serbiya, Rusiya, İsveçrə, Gürcüstan və Finlandiya təmsilçiləri də Düsseldorf səhnəsində ilk məşqlərini edib.

Bu gün isə birinci yarım finalın digər iştirakçıları məşq edəcəklər. Bunlar Malta, San-Marino, Xorvatiya, İslandiya, Macarıstan, Portuqaliya, Litva, Azərbaycan və Yunanıstan təmsilçiləridir.

Bakı vaxtı ilə saat 18.00-da Azərbaycan təmsilçiləri Eldar və Nigar ilk məşqlərini edəcək. Daha sonra Azərbaycan nümayəndə heyətinin mətbuat konfransı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə