"Next" qrupu Qələbə bayramında Gürcüstanda solo-konsert verəcək- FOTO
"Next" qrupu ikinci dəfə Gürcüstan səhnəsində çıxış edəcək. SİA Trend-ə istinadən xəbər verir ki, bu barədə qrupun mətbuat katibi Aysər Həsənli məlumat verib.
"9 may - Qələbə bayramında "Next" qrupunun solistləri Gürcüstanda solo-konsert proqramı ilə çıxış edəcək. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert Azərbaycanlıların Mədəniyyət Mərkəzinin və iş adamı Tural Bayraməliyevin təşkilatçılığı ilə keçiriləcək. Qeyd edək ki, konsert Gürcüstanın Marneuli Mədəniyyət Sarayında olacaq.
Ulu öndərin xatirəsinə həsr olunan konsertdə məxsusi olaraq Heydər Əliyev şəxsiyyətinə ithaf olunmuş, musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid "Pride" əsəri səsləndiriləcək. "Next" qrupu bu mahnını dünya şöhrətli balaban ustası Əlixan Səmədovla birgə yazdırıb", - Aysər Həsənli dedi.
Mətbuat katibinin sözlərinə görə, builki proqram ötən ilki çıxışlarından xeyli fərqlənəcək. "Konsert proqramımızda hələ heç yerdə səslənməyən yeni musiqlər də yer alacaq. İnanırıq ki, ötən ilki uğurumuzu təkrarlaya biləcəyik. Nəzərə alsaq ki, keçən il verdiyimiz konsertdən sonra Gürcüstanda çoxlu sayda fanat toplaya bilmişik, deməli, bu bir o qədər də çətin olmayacaq" - Həsənli belə qənaətdədir.
Qeyd edək ki, "Next"in üzləri ötən il mayın 28-də Gürcüstanın Tbilisi Dövlət Filarmoniyasında "Love for sale" adlı konsert proqramı ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB