Zümrüd əməliyyatlarından iki ay sonra FOTOLAR

Xəbər verdiyimiz kimi, aparıcı Zümrüd Bədəlova üzündə əməliyyat yolu ilə dəyişiklik etdirib. SİA-nın məlumatına görə, aparıcının həkimi onun əməliyyatdan iki ay sonrakı halını sosial media hesabında yayımlayıb və bu sözləri yazıb: "Otoplastika (qaş qaldırma) əməliyyatından 2 ay sonra... Çox mükəmməl nəticə alınıb".

Qeyd edək ki, Bədəlova proqramların birində əməliyyatlarından danışaraq bu sözləri demişdi: "Qaş qaldırma əməliyyatı etdirmişəm. Bunun üçün başıma 2 tikiş vurublar. 6 ay qaş-göz hərəkətləri edə bilmərəm. Çünki tərpənmirlər.

Eyni zamanda qulaqlarıma da cərrahi müdaxilə etdirmişəm. Belə ki, qulaqlarımın biri əyri, digəri düz idi. Şəkil çəkdirə bilmirdim. Ona görə də uşaqlıq kompleksimi yox elədim".

Bütün xəbərlər Facebook səhifəmizdə