Beyons avqustda yeni ətirini təqdim edəcək

Beyons avqustda yeni ətirini təqdim edəcək
Məşhur amerikalı müğənni Beyons avqustda yeni ətirini təqdim edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hələ ki ətirin xarici görünüşünün və iyinin necə olacağı məlum deyil. Ancaq buna baxmayaraq ətirin təqdimatının avqust ayında olacağı bəllidir.

Bir neçə gün əvvəl həyat yoldaşı Cey Zi ilə Parisdən səfərdən qayıdan müğənni Böyük Britaniyanın şahzadəsi Uilyam və Keti Midletonun toyunda iştirak edib. Jurnalistlərin yazdıqlarına görə, şahzadə cütlüyünün sevgi mahnısını - "Crazy in love" (Sevgi dəlisi) mahnısını məhz Beyons ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə