Nura: “Ayağımın altın qazanlar, şər atanlar çoxdur” VİDEO

Müğənni Nura Suri ünvanına deyilən tənqidlərdən, böhtanlardan danışıb. SİA-nın məlumatına görə, ifaçı bu haqda proqramların birində söz açıb: “İşim yoxdur, pul qazanmıram. “İnstagram”da nəsə reklam edirəmsə, ondan pul alıram. Mənim adımı çəkib reklam olmaq istəyirsinizsə, əvvəlcə deyin. Sivil formada sizi reklam edim. Məni də dinləyib, sevənlər var. “Facebook”da daha aktivəm və real izləyicim çoxdur. “İnstagram”dan fərqli olaraq, orada real şərhlər yazılır. İnsanların məni qəbul etməsi, sevməsi üçün əziyyət çəkmişəm. Kimsə gəlib məni gözdən salmaq üçün nəsə deyirsə, haqsızlıqdır.

Səhnəyə 2004-cü ildən gəlmişəm: ayağımın altın qazanlar, şər atanlar, tədbirlərdən buranlar olub. Mənim qarşılaşdığım problemləri başqası görsəydi, dözməzdi. Anam dəfələrlə mənə görə kimlərləsə üz-göz olub, əziyyət çəkib. Heç kimə pislik etmirəm. Mənə qarşı niyə belə haqsızlıqlar olmalıdır?

Yaxşılıq etdiklərim belə məni işdən burublar. Haqqımda deyilən şayiələr dözüləsi deyil. Kim olsaydı intihar edərdi. Ona görə indi başlamışam ailə qurduğum şəxslərin fotosunu paylaşıb, şərhlərin qarşısını almağa".

Bütün xəbərlər Facebook səhifəmizdə