“Ailə qursam da heç vaxt ana ola bilmədim” VİDEO

Müğənni İlahə Fəda şəxsi həyatı haqqında etiraflar edib. SİA-nın məlumatına görə, o, bu barədə verilişlərin birində danışıb: “Ailə həyatı qursam da heç vaxt ana ola bilmədim. Amma buna görə heç vaxt Allaha üsyan etmədim. Çünki analıq hissini hazırda yaşayıram. Belə ki, bacılarıma və onların 4 oğul övladlarına analıq edirəm”.

O, övladlığa uşaq götürməkdən də bəhs edib: “Yaxınlarım mənə məsləhət gördü ki, övladlığa uşaq götürüm. Lakin razı olmadım. Çünki o məsuliyyətdən çəkindim. O, haqda düşünmək belə istəmirəm”.
İlahə yenidən ailə qurmaq istəmədiyini dilə gətirib: “Gənc yaşımda möhtəşəm sevgi yaşadım. Həmin sevdiyim kəsi itirdim. Həmin andan sonra mənim üçün sevgi kitabı qapandı. Onu da qeyd edim ki, hazırda özümü tək hesab etmirəm. Çünki çox ehtibarlı dostlarım və məni sevənlər var. Ona görə özümü xoşbəxt xanımlar sırasında görürəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə