Daha bir azərbaycanlı müğənni koronavirusa yoluxdu FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) koronavirus infeksiyasına yoluxub. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü “İnstagram” səhifəsində paylaşım edərək dostlarına xəbərdarlıq edib. O, ətrafındakılara müayinədən keçmələrini məsləhət görüb: "Mənə də koronavirus diaqnozu qoyuldu. İnfeksiya mənə də çatdı. Bu haqda açıq-aşkar deməzdim, hadisələri hamıya danışmağı sevmirəm. Amma son günlər çox insanla ünsiyyətdə olmuşam. Çalışıram hamıya məlumat verim. Dünən isə marketdə olmuşam. Fanatlarım yaxınlaşıb, foto çəkdirdi. Ona görə də buradan hamını xəbərdar etmək istəyirəm".

Qeyd edək ki, sənətçi hazırda müalicə alır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...