Abbas Bağırovun ailəsində ağır itki FOTO

Əməkdar artist Abbas Bağırovun ailəsində ağır itki üz verib. SİA-nın məlumatına görə, müğənninin 93 yaşlı nənəsi Minarə xanım dünyasını dəyişib.

Bu haqda ifaçının özü məlumat verib: "93 yaşın olsa belə sənin hər zaman deyib-gülməyin, zarafatların o yaşı bildirmirdi. Mənim gözəl Minarə nənəm, bu səhər belə xəbər eşitmək istəməzdim. Dünən özün bilə-bilə hamımızla sağollaşdın və bu gün dünyanı dəyişdin".

Qeyd edək ki, Abbas nənəsi ilə tez-tez videolar paylaşır, verilişlərə çəkilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə