“Artıq sərbəst yeriyə bilirəm”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranmışdı. SİA-nın məlumatına görə, sənətçi “Qızıl yel” xəstəliyindən əziyyət çəkirdi.

İfaçının hazırda vəziyyəti yaxşıdır. Bu haqda Haşımovanın özü məlumat verib: “Allaha şükürlər olsun ki, artıq ayaq üstəyəm. Həkimimin düzgün müalicəsi və mənə mənəvi dəstək olanların sayəsində sərbəst yeriyə bilirəm. Onu da qeyd edim ki, bu xəstəliyin özünə minnətdaram ki, mənə böyük dərs oldu”.

Bütün xəbərlər Facebook səhifəmizdə