SİA xalq artisti Nazpəri Dostəliyevanın Milli.Az xəbər portalına verdiyi müsahibəni təqdim edir:
- Uzun illərdir sənətdəsiniz, müəyyən uğurlara nail olubsunuz. Bu dayandığınız pillədən aşağı boylananda nə görürsünüz?
- Oy, çox şey görürəm. Mən özümü zirvədə hesab etmirəm. Çalışdığım sənət elə bir yerdir ki, burada zivvə və son yoxdur. Bu günə qədər etdiklərim və bundan sonra edəcəklərim yalnız xalqım üçündur. Yadımdadır, "Dilbərim" mahnısını yazdıranda, bəziləri dedi ki, bu, xalq mahnsıdır və bunu rokla sintez etmək düzgün deyil. Deyirdilər ki, bu mahnı ilə camaatın xalq mahnılarına olan münasibətini dəyişmiş olacağam.
Amma nəticədə o sözləri işlədən adamlar mənə "Afərin!" dedilər. Düzdür, o mahnını ifa etdiyim üçün məni alqışlayanlar çox oldu. Ancaq məhz bəyənməyənlərin "Afərin!" deməsi, mənə zövq verdi. Ürəyimdə bir arzu var və əminəm ki, o həyata keçəcək - hər şey yaxşı olacaq.
"Bu ad olmasaydı, yaxşı dərzi olardım"
- Kütləvi informasiya vasitələrində dərc olunan müsahibələrinizə hər zaman baxmışam. Lakin, heç vaxt adınızla bağlı açıqlamalar verməmisiniz. Nazpəri xanım. Yəni, xanım-xatın, Nazlı Pəri... Sizin adınız məhz Nazpəri olmalı idi?
Nazpəri bibim çox ağır zamanın qurbanı olub. Və o bibim 12 yaşında atamın qolları üstündə dünyasını dəyişib. Ondan sonra əmilərim bu adı heç kimə qoymayıblar. Ancaq atam mənə o adı qoydu. Bəlkə də məni çox istədiyindən və xarici görünüşüm ona bənzədiyi üçün o adı mənə yaraşdırdı.
Bibim uşaq və gözəl idi. Onun itkisi hər kəs üçün çox ağır oldu. Atam hər zaman deyərdi ki, "Taleyin onun taleyinə bənzəməsin, amma sən mənim nazlı qızımsan". Bu gün mən Nazpəriyəm və adımı yaşadıram. Bu isə mənim atamın ruhuna xoş olar. Hər halda cənnətdən baxıb fəxr edər. Bəlkə də mənim adım bu gün qazandıqlarıma təkan verib.
- Sizi təqdim edəndə "Azərbaycan Resbublikasının xalq artisti" deyirlər. Maraqlıdır, bu fəxri ad olmasaydı, nə olardı?
- Demək, bu günki durumunuzdan tam razısınız?
- Yox, məni də qane etməyən çox şey var. Bu gün gördüyüm işləri başa çatdıra bilmirəm. Mən hər şey tam başqa cür görürəm, yəni bu, belədir. Bu gün insanları sənətdən çox maddi durum maraqlıdır. Bu isə məni çox düşündürür. Əvvəl gördüyüm işləri edə bilmirəm. Ürəyim istədiyi kimi işləyə bilmirəm. Hər şeyin arxasında və önundə maddi məsələ dayanıb. Əgər görəcəyim sənətdə və yaşadığım həyatda öncə pul duşunülürsə, sözsüz, orada "xaltura" olacaq.
- Onda burada söhbət hansı sənətdən gedə bilər?
- Bəli, hər şey maddiyatın başındadır. Amma nə mənim ürəyimin, nə də sənətimin başındadır. Maddiyat ən çox ətrafda, mən gördüklərimdə olur. Bu gün mən tək, böyük bir albom üzərində çalışıram. Sponsor sözündən zəhləm gedir, maddi yardımsız edirəm bunu. Gecə-gündüz çalışıram. Albomda sadəcə sevdiyim musiqiçilərin mahnılarını əlavə etmişəm. Mən işinin qarşılığında ancaq maddi durumu duşunməyən insanlarla işbirliyinə imza atıram. Hər kəsi maddiyyat maraqlandırdığı halda məni yalnız sənətim düşündürüb.
- Qeyd etdiniz ki, tək çalışırsınız. Maraqlıdır, xalq artisti Nazpəri xanım həqiqətənmi təkdir?
- Şükürlər olsun ki, mən şəxsi həyatımdan razıyam. Gözəl balalarım və nəvəm var. Onlarla qürur duyuram. Xoşbəxtəm ki, belə balalarım var. İnsanlarda öncə maddi durumu görüb, deyirəm təkəm. Amma sırf təkəm desəm, haqsızlıq olar. Çünki bütün rayonlardan aşıqlar mənə dəstək olurlar. Bir kəlməmə rayondan bura gəlirlər. Mənə lazım olanda kömək edən sənətkarlar çoxdur. Sadəcə, öz işimdə tək çalışıram. Amma ustadlarım var. Müəllimlərimdən götürdüyüm hər bir şey beynimdə qalır. Onların öyrətdiklərini yadıma salıb, işləyirəm. Heç kəs düşünməsin ki, yekəxanayam, özümdən razıyam.
- 1996-cı ildə Bakı Dövlət Sirkində Qorxmaz Əlilinin "Şou Əlili" layihəsi keçirilirdi. Siz isə ilk dəfə idi oranın səhnəsinə çıxırdınız. Və məhz sirk elə məkandır, orda heç vaxt təmir olmur. Orada olan xatirələr elə olduğu kimi yerində qalır. O konsertdən 15 il sonra siz bir daha o məkanda, böyük konsert proqramı ilə çıxış etdiniz. Bundan sonra siz həmin, heç xalçası belə dəyişməyən o sirkin pilləkənlərindən irəlilədiniz. Maraqlıdır, 15 il sonrakı Nazpəri xanımla indikinin fərqi nədir?
- Məni lap kövrəltdiniz, keçmişə qaytardınız. Sözsüz, xatirə olaraq o hər zaman yadımda olacaq. Amma 15 il bundan sonra yenidən o pillələri düşən Nazpəri tamam fərqli olacaq. Necə ki, 15 il öncə fərqli idim.
- Bəs nədir biz bilmədiyimiz fərq?
Bütün elədiyim işlərin məsuliyyəti mənim çiyinlərimdə idi. Bunu danışmaqla bitirmək olmaz, gərək o anları yaşayasan. Bu gün artıq mən ölkəmizin ən möhtəşəm səhnəsi olan Heydər Əliyev adına Sarayda çıxış edirəm. İndi öz dövlətimə arxalanıb, hər bir böyük işlərə imza ata bilərəm.
- Maraqlıdır, 15 il bundan sonra o pilləkənlərlə irəlləyən Nazpəri xanım necə olacaq?
- Gələcək yalnız Allahın əlindədir. Bəziləri kimi özümə aid pafoslu fikirlərlə çıxış etməyəcəyəm. Mən işimi görəndən sonra danışıram. Amma 15 il bundan sonra Nazpərinin necə olacağını Allahın öhdəsinə buraxıram. Gördüklərim və görəcəklərim hər zamankı kimi ürəyimdədir. Həmişə danışmadığım kimi bu dəfə də susacağam. 15 il keçdikdən sonra nəticəsini yenə gözəl görəcəyəm, Allah qoysa.
"Münasibətlərini çirkablaşdırıb, xalqa çatdırırlar".
- Bəllidir sizi niyə sevirlər. Gözəl xanım və gözəl sənətkarsınız. Bəs Nazpəri xanımı niyə sevməməlidirlər?
- İndi işlədəcəyim ifadə bir az pis səslənir. Amma deyəcəyəm. Nazpəri xanımda bəzi şeylər var ki, xalq onları qəbul etmir. Amma Allah eləməmiş, əgər mən efirdə özümü tərifləyib, xalq arasında başqa cür olsaydım. Onda mənə ikiüzlü demək olardı. Nazpəri xanım yaşından asılı olmayaraq hər kəslə onun təbəqəsində davranmağa çalışır.
Məni xalqımın adi vətəndaşlarından fərqləndirən qalxdığım o bir-iki pillədir. Əgər hər kəs öz işinin üzərində yaxşı çalışsa, xalq üçün yararlı insan olar. Mənim də sənətim budur. Çalışıram ki, bacardığım qədər səmimi olum. Heç vaxt kameranı görüb, özümü tərifləməmişəm. Hər kəsi özümə doğma bilmişəm. Əgər kiminsə problemi olubsa, heç vaxt özümü yüksəkdən aparmamışam. İnsanları başa düşməyə çalışmışam.
Bu torpağın ağıllısına da, dəlisinə də, yaxşısına da, pisinə də qurban olum. Çünki onlar bizimdir. Əgər mən bu xüsusiyyətimə görə sevilməyəcəmsə, özləri bilsin. İnsanlar var ki, burada "qurban olum" deyirlər. Sonra üzlərini çöndərib, olmazın sözlər danışırlar.
- Əminəm ki, bu cür insanları bir-birindən ayıra bilirsiniz. Onlardan necə sığortalanırsınız?
- Sözsüz ki, həmkarlarımın xeyir və şərində mütləq iştirak edirəm. Hər kəsə də mənim bir münasibətim var - "Salam. Sevirəm səni. Sevsən də sağ ol, sevməsən də!" Amma müxtəlif insanları görürəm, həmkarlarım öncə bir yerə yığışırlar, dostlaşırlar, mehriban olurlar. Ailələrini tanıyırlar, o qədər yaxın münasibətdə olurlar ki. Sonra ayrılıb biri-birinin dalınca xoşagəlməz sözlər işlədirlər. Düşmən olurlar. Münasibətlərini çirkablaşdırıb, xalqa çatdırırlar. Ona görə kimliyindən asılı olmayaraq, məsafədə saxlayıram.
"Elə kişinin düşüncəsiz övladı ola bilməz".
- Bəlli həmkarlarınız var ki, uzun illərdir münasibətləriniz soyuqdur. Bu isə tamaşaçıları yorur. O cür münasibətlərdə olduğunuz həmkarlarınızınla nə vaxtsa bir araya gələ bilərsiniz?
- Mən bilmirəm söhbət kimdən gedir. Çünki danışmadığım insan yoxdur. Siz deyirsiniz və mən düşünürürəm, o kimdir? Əgər söhbət Brilliant xanımdan gedirsə, səhv edirsiniz. Çünki mənim onunla çox gözəl münasibətim var. Salamımız da var, sağolumuz da. Əgər söhbət İlhamə xanımdan gedirsə, aydınlaşdıraq.
Həmkarlarımdan birinin balasının toyunda narazılıq aradan qalxdı. Heç kim ideal deyil ki, səhvsiz olsun. Amma bəzən elə olur ki, salam verəndə də, o salam belə tikanlı olur. Heç bir münasibət olmadan, verilən salam tikanlı olur. O tikan ya öndə, ya da arxada gedənə batır. Sadəcə olaraq, özündən inciklik yaranıb, keçib salam verməmək kimi hallarla baş verir.
Bunları nəzərə alsaq, deyə bilərəm ki, İlhamə xanım da məndən incimişdi. Amma mən yenə də addımı atdım. Çünki o, böyük sənətkarımızdır. Qucaqlaşdıq, öpüşüb-barışdıq onunla. İndi çox gözəl münasibətlərimiz var. Görüşəndə də biri-birimizə salam da veririk, sağ ol da deyirik. Bəlkə tamaşaçılar bizi birlikdə görmədiyi üçün elə düşünürlər ki, "qanuni" düşmənik. Yox, bu, belə deyil. Allah eləməsin! 5 gün ömür yaşayırıq - mehriban olaq.
Bilmirəm onlar necə fikirdədirlər. Amma bu, mənim fikrimdir. Biz özümüzlə bu dünyadan yalnız hörmətimizi aparacayıq. Yalancı dünya yaşayırıq. Haqq dünyası çox qəlizdir. Mənim atam namaz qılan olub. Aşıq və el ağsaqqalı idi. Elə kişinin düşüncəsiz övladı ola bilməz. Biz bu həyatdan ancaq "Allah rəhmət eləsin" sözü qazanmalıyıq.
- Amma rəhməti sağlığında qazanmaq da olar...
- Yəgin artıq sizində dilinizdən sağlığında rəhmət qazananlar olub.
- Bəli! Mən namaz qılmadığım üçün bəzi məsələrə toxunmayacağam. Amma mən də öz dünyamda atamla anamın Quranını özüm oxuyuram. Övladlarımı da buna öyrədirəm. Ailəmdə də bu qanuna riayət edirik. Qoy, onlar məndən sonra buna davam etsinlər. Bu, mənim üçün deyil, valideynlərim üçündür. Keçmişi unutmaq olmaz. Ancaq indi baxıram, görürəm ki, bizim gənclərimiz yox, yaxşı nəsillərimiz keçmişin üstündən xətt çəkiblər. Keçmişini unudanlar, gələcəklərini yaşamayacaqlar.
"Bütün problemlər bir öpüşlə yadından çıxır".
- Nazpəri Dostəliyeva artıq nənədir. Bu ad sizə xüsusiilə yaraşır. Baxmayaraq ki, nənəyə bənzəmirsiniz. Ancaq bəzi həmkarlarınız bu addan qorxurlar. Onlar "nənə" adını dəhşətli bir titula çeviriblər. Bu o qədərmi dəhşətli addır?
- Gənc vaxtı nənə olmaq mənim üçün sözdən başqa bir şey deyildi. Bu sözdən qorxan adam özünə güvənmir. Bu hissi yaşamaq bir qadına nəsib olursa, o, çox xoşbəxtdir. O xoşbəxtliyə çatan heç bir hiss ola bilməz. Atalarımız elə-belə deməyiblər ki, "dövlətdə dəvə, övlatda nəvə". Nənə olmaq hissini yaşamaq bir ana üçün Allahdan gələn mükafatdır. Allahdan hər kəs mükafat qazana bilmir. Bu sözdən qorxanları isə qınamıram. Çünki onlar hər zaman gənc görünmək istəyirlər, qocalmaqdan qorxurlar.
Əgər hər hansı bir nənə olan sənətçini kimsə tərifləyirsə, kənardan tez müdaxilə edirlər "əşi, nənədir axı". Düşmənlər o nənə olanları sındırmağa çalışırlar. Yalnız aciz müğənnilər nənə olmaqdan qorxarlar. Əgər bir nənə səhnədə 18-25 yaşında görünürsə, o, yaxşıların yaxşısıdır. Əsas odur ki, o hissi yaşayırsan. Evə gələndə yanaqların tutub, dodaqlarından öpürsən. Onu ürəkdən, heç kimi öpmədiyin kimi öpürsən, ürəyinə, bağrına baxırsan. Gün ərzindəkı gərginliyi atırsan. Bütün problemlər bir öpüşlə yadından çıxır.
- Siz ilk dəfə Afrika ilə Azərbaycan musiqisini sintez etmisiniz. Amma illər sonra, bu yaxınlarda o layihəni təkrarlamaq istədilər. Bəyəndiniz?
- Mən o layihəyə efirdə baxdım və sevindim. Amma bir az da məyus oldum. Çünki orada heç bir yenilik yox idi. Ancaq gənclərimiz bizim musiqini təbliğ edirlər. O konsertdə iki dünya musiqisi yox idi. Orada yalnız muğamlarımız var idi. Mən özüm indi yeni albom üzərində çalşıram. Disk aşıq mahnılarından ibarət olacaq. Aşıq musiqisinin ən gözəl nümunələrini buraya toplamışıq. İndi bəstəkarlardan yeni mahnılar alıram. İnşallah, yaxın zamanda tamaşaçılara təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB