Aysel Teymurzadə və Səfurə Əlizadə “Eurovision-2011” təmsilçilərimizə dəstək olacaqlar- FOTO

Aysel Teymurzadə və Səfurə Əlizadə “Eurovision-2011” təmsilçilərimizə dəstək olacaqlar- FOTO
Azərbaycanı ötən illərdə "Eurovision"da təmsil edən ifaçılar Aysel Teymurzadə və Səfurə Əlizadə Eldar Qasımov və Nigar Camala dəstək olmaq üçün Almaniyaya gedəcəklər. SİA AzərTAc-a istinadən xəbər verir ki, A.Teymurzadə və S.Əlizadə "Eurovision-2011" yarışmasının keçiriləcəyi Düsseldorf şəhərinə mayın 10-da keçiriləcək I yarımfinaldan əvvəl gələcəklər. 2009-cu ildə üçüncülük qazanmış A.Teymurzadə və 2010-cu ildə beşincilik əldə etmiş S.Əlizadə builki təmsilçilərlə öz təcrübələrini bölüşmək niyyətindədirlər.

Qeyd edək ki, E.Qasımov və N.Camal Azərbaycanı Düssledorf səhnəsində musiqisi isveçli bəstəkarlara məxsus "Running Scared" mahnısı ilə təmsil edəcəklər.

Təmsilçilərimiz mayın 10-da keçiriləcək I yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə