“Əynindəki erməni bayrağını çıxart” FOTO

Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə yeni fotosunu yayımlayıb. SİA-nın məlumatına görə, onun bu paylaşımı böyük müzakirələrə səbəb olub. Belə ki, aktrisanın paltarının üzərindəki naxışlar Ermənistanın bayrağını xatırladıb.

Sosial şəbəkə istifadəçiləri Pərvinin ünvanına “Əynindəki erməni bayrağını çıxart” kimi şərhlər yazıblar.

Abıyevanın onlara cavabı gecikməyib: “Nə qədər qəlbi qara insanlarsınız ki, şəklə baxan kimi pis nəsə görürsünüz. Beyninizə iyrənc fikirlər gəlir. Amma mən bu paltarı geyinib, şəkil çəkib və “İnstagram” səhifəmdə paylaşanda bu detalı ağlıma belə gətirməmişdim. Bu da məni bəzilərindən fərqləndirən cəhət... Çünki qəlbiniz və həyatınız iyrəncdir. Sizin kimlərlə ömür boyu müharibə aparacam. Məni bu məsələdə günahlandıra bilməzsiniz. Çünki paltarımın üstündə üzdəniraq millətin bayrağının şəkli yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə