Azərbaycan estrada musiqisinin əvəzolunmaz ifaçılarından sayılan Təranə Vəlizadə illər ötməsinə baxmayaraq, öz cazibədarlığını necə qoruyub saxladığından danışıb. SİA-nın Milli.az sayıtına istinadən verdiyi xəbərə görə, məclislərin birində Trend-in foto-kamerasına tuş gələn gözəl sənətçi öncə şəkil çəkdirib, daha sonra xarici görkəmiylə bağlı bunları deyib: "Müdriklərdən biri qadınlar haqqında çox gözəl sözlər deyib - "Çirkin qadın yoxdur, sadəcə, özünə fikir verməyən qadın var". Bu sözün hikməti bütün suallara cavab verir. Sadəcə, səhhətimin qayğısına qalıb, normal qidalanmağa çalışıram. Əsl sirri isə səsimin sehri ilə əlaqələndirərdim. Təvazökarlıqdan uzaq səslənməsin, bəlkə müğənni olmasaydım, ailəm və qohumlarımdan başqa heç kimin gözünə yaraşıqlı xanım kimi görünməzdim. Məhz sahib olduğum sənət məni milyonların içindən seçdi və Allahın köməyi ilə bu gün də tələb olunan sənətçilər arasındayam. Bundan böyük xoşbəxtlik yoxdur, mənim aləmimdə".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB