Türkiyə müğənnisi Bengü azərbaycanlı iş adamının toyunda iştirak edib- FOTO
Türkiyənin məşhur simalarından olan Bengü azərbaycanlı iş adamının toyunda iştirak edib. SİA-nın Trend-ə istinadən verdiyi məlumata görə, o, Bakıya məşhur rəqqasələr Nihal və Demet ilə birgə gəlib.
"Bakıya gəlməyi çox sevirəm. Bu gözəl və qonaqpərvər şəhərdə özümü evdəki kimi hiss edirəm. Sənəti həqiqətən qiymətləndirən, qonaqlara mehribanlıqla və hörmətlə yanaşan tamaşaçılarınız qarşısında çıxış etmək çox xoşdur. Tamaşaçılara salam göndərirəm, onları ürəkdən öpürəm. Siz hamınız gözəl insanlarsınız ", - Bengü Trend-ə deyib.
Maraqlıdır ki, adətən ulduzlar Bakıya öz stilistləri ilə gəlirlər. Lakin bu dəfə Bengü azərbaycanlı stilist-vizajist Səbinə İmanovaya etibar etmək qərarına gəlib və onun işindən çox razı qalıb.
"Mən heç gözləmirdim ki, Səbinə xanım imicimi belə dəyişəcək. Onun sehrli əlləri var", - Bengü bildirib.
Müğənninin sözlərinə görə, yaxın vaxtlarda o, yeni albomunun təqdimatı üçün yenidən Bakıya gələcək.
Bengünün səfəri məşhur türk prodüseri, "Akkaya production"ın baş direktoru Əhməd Akkaya tərəfindən təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB