Fransanın məşhur aktrisası Bakıya gələcək

Fransanın məşhur aktrisası Bakıya gələcək
Mayın 5-də Müasir İncəsənət Mərkəzində (MİM) "Treasures of Art" sərgisi keçiriləcək. SİA-nın kultura.az saytına istinadən verdiyi məlumata görə, sərgidə dünya şöhrətli Van Cleef & Arpels (VCA) brendinin 100-dən artıq zərgərlik əşyası nümayiş olunacaq.

Sərginin açılışında VCA prezidenti Stanislas de Quercize, vitse-prezident Marie Girardot, Luvrun direktoru Mr Henri Loirette və fransız kino ulduzu Katrin Denevin (Catherine Deneuve) iştirakı gözlənilir. Tamaşaçılar həmçinin müasir Azərbaycan rəssamı Əliyar Əlimirzəyevin əsərləri ilə də tanış ola biləcəklər.

Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə həyata keçirilən tədbir iyunun 5-nə qədər davam edəcək.

Qeyd edək ki, sərgiyə gəlməsi nəzərdə tutulan 67 yaşlı aktrisa Katrin Denevin dünyanın ən gözəl və cazibədar xanımı hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə