Avtomobili əlindən alınan Elza indi də motosiklet sürür FOTOLAR + VİDEO
Hər zaman fərqliliyi ilə seçilən Əməkdar artist Elza Seyidcahan yenidən ənənəsinə sadiq qalıb. SİA-nın məlumatına görə, ifaçı bu dəfə motosiklet sürüb.


O, həmin an çəkdirdiyi şəkilləri sosial şəbəkədə yayımlayıb.


Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan verilişlərin birində yol hərəkət qaydalarını pozduğuna bildirərək cərimələndiyini söyləmişdi. O, demişdi ki, buna görə avtomobili əlindən alınıb və cərimə meydançasına aparılıb: "Canlı yayımlar, tədbirlər... Tıxaca düşəndə vaxtında çatmağa çalışırıq. Polislər bizə güzəşt etsələr də, radarlar etmir. Cərimələrin üstünə də sığorta və faiz gəlib, borcum 5500 manat olub. 3 min manat ödədim, qalıb 2500 manat. İndi karantin vaxtıdır, ödəyə bilmirəm. Məni başa düşməlidilər.
Çətindir, gündə dörd verilişə gedirəm, maşınım mənim üçün ev idi. Bütün geyimləri içinə yığırdım. Güzəşt etsinlər, az-az ödəyim. Çoxu qayda pozuntusu deyil, faiz üstünə gəlib. Hər 20 gündən bir faiz gəlir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB