Əməkdar artist Tünzalə Əliyeva yenidən saçlarını keçəl etdirib. SİA-nın məlumatına görə, xərçəng xəstəliyindən əziyyət çəkən aktrisanın kimyaterapiyadan sonra saçları tökülməyə başlayıb.
Aktrisa görüntüsün sosial media hesabında yayımlayaraq bu sözləri yazıb: “Artıq ikinci dəfədir ki, saçlarımı qırxmaq məcburiyyətində qalıram. İnşAllah, üçüncü dəfə qırxmaq məcburiyyətində qalmayacam. Gözəl həkimlərim sayəsində sağalacam. Dualarınızı əskik etməyin".

Qedək ki, T.Əliyeva əvvəl uşaqlıq yolu xərçəngindən əziyyət çəkirdi. Daha sonra onun böyrək damarlarında şiş tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB