Əməkdar artist Rəhman Rəhmanov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, aktyor şəxsi həyatı haqqında maraqlı açıqlama verib: "Bir həyat yoldaşım var. Kəbinli, qanunlu Gülü xanımla ailəliyəm. 26 ildir evliyik. Birinci həyat yoldaşım oğlum Emilin anasıdır. Nə qədər insan var boşanıb, evlənib. İki qadın saxlamaq mənlik deyil. O qədər deyirlər ki, Rəhman iki arvad saxlayır, dözürdüm. Yoldaşım da dözürdü. Saxlamıram, elə söhbət yoxdur. Yoldaşım deyir ki, bunların acığına get, üçüncü dəfə evlən. Kimin nə işinə qalıb. Söz-söhbətdir, yığışdırsınlar. Xətirlərinə dəymirdim, amma olmaz. Verilişlər dostlarımdır, gəlirdilər çəkib yayımlayırdılar. Nə olsun ki, birinci həyat yoldaşım hazırki ilə görüşüb. İnsandılar, "salam-sağ ol" var. Amma biz boşanmışıq və bitib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB