Türkan: “Pərviz xətrimə dəyib” VİDEO

Türkan: “Pərviz xətrimə dəyib” VİDEO

Müğənni Türkan Vəlizadə verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, aparıcının “Rəqsanə İsmayılova ilə münasibətiniz necədir? sualına belə cavab verib: “Rəqsanə İsmayılovanı çox istəyirəm. O, xanım sənətdə məndən çox yüksəkdədir. Hər zaman gənclərə dəstək olub. Onunla heç bir problemim yoxdur. Hətta qızı Aysunla da münasibətlərimiz çox yaxşıdır.

Sadəcə olaraq onun iki mahnısı icazə almadan oxumuşdum. Amma onun bəstələrini ifa etdikdən sonra özü ilə əlaqə saxladım və icazə aldım”.

Vəlizadə qalmaqal yaşadığı məşhur simalardan söz açıb: “Xalq artisti Fatma Mahmudova, müğənni Əli Mirəliyev, meyxanaçı Pərviz Bülbülə ilə qalmaqallarım olub. Sadəcə olaraq o insanlar məndən böyük olduqları üçün onlara hörmət edirəm”.

Türkan Pərviz Bülbülə haqqında etiraflar da edib: “Elə vaxt olub ki, Pərviz xətrimə dəyib. Sözlərimiz çəp gəlib. Mahnı və toy haqqında mübahisələrimiz olub. Amma hər zaman mən kiçiklik edirəm. Çünki mənə adıçəkilən meyxanaçı sənətdə çox dəstək olub. Ona hər zaman böyük kimi hörmət etmişəm. Dava-dalaşımız olsa belə onunla hər zaman ortaq məxrəcə gəlmişik”.

Bütün xəbərlər Facebook səhifəmizdə