“Könül Xasıyeva anasını itirəndən ata evində qalıb" FOTOLAR

“Könül Xasıyeva anasını itirəndən ata evində qalıb"  FOTOLAR

Aparıcı Hacı Nuran Hüseynov Xalq artisti Könül Xasıyevanı ziyarət edib. SİA-nın məlumatına görə, Hacı Nuran muğam ifaçısı ilə birlikdə çəkdirdiyi fotolarını sosial şəbəkədə yayımlayaraq bu sözləri yazıb: "Şəkiyə ayaq basar-basmaz ancaq Xalq artisti Könül Xasıyeva barəsində düşünürdüm. Onun Şəkidə olduğunu bilirdim. Anasını torpağa tapşırandan bəri doğma ata evində idi.

Bu koronavirus onu geri dönməyə qoymayıb. Darıxdığını, dostlarını özlədiyini bilirdim. Məni görən an yaşardığı gözlərini, titrəyən dodaqlarını, ürəkparçalayan sözlərini təsəvvür etməyiniz çətin deyil. Xeyli söhbətləşdik, anasından, gəncliyindən danışdı. Məni ən çox duyğulandıran onun son kəlməsi oldu: "Sən gəldin, elə bildim dünyam çiçək açdı". O an bir şeyi anladım: nə qədər ki, imkan var, bizə ehtiyacı olanları sevindirək".

Bütün xəbərlər Facebook səhifəmizdə