Alişan ailəsi ilə qəzaya düşdü FOTOLAR + VİDEO

Alişan ailəsi ilə qəzaya düşdü FOTOLAR + VİDEO

Türkiyəli müğənni Alişanın başına iş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı, həyat yoldaşı, aktrisa Buse Varol və 2 yaşlı oğlu Ali ilə avtomobil qəzası keçirib.

Fırlanaraq 30 metr məsafədə sürünən avtomobildə ailə ciddi xəsarət almayıb. Hazırda vəziyyətlərinin yaxşı olduğunu deyən Alişan qəza barədə açıqlama verib: “Böyük şok yaşadıq, ölümdən qayıtdıq. Həyatımda ilk dəfə qəza keçirirəm, verilmiş sədəqəmiz var imiş. Sonra gördük ki, avtomobilin körpüsü qopub. Necə baş verdiyinə təəccüblənirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə