Tolik kimlərə ikiüzlü dedi?

Prodüser Tarix Əliyev (Tolik) ikiüzlü insanlara mesaj göndərib. SİA-nın məlumatına görə, o, bu sözləri deyib: “Bəzən susarsan, bəzən də susqunluğuna yanarsan. Bəzən kədərlənərsən, bəzəndə xoşbəxt olmaqdan qaçarsan. Bəzən birinə dəyər verərsən. Amma bəzən də onun dəyərsizliyinə verdiyin dəyərdən utanarsan.

Bəzən biri ilə danışmaq, dərdləşmək istəyərsən. Amma bəzən də insanların ikiüzlülüyü ağlına gəlir. Yenə susarsan. Bəzən birinin gözlərinə saatlarla baxmaq istəyərsən. Amma baxdığın gözlərin sənin kimi baxmadığını görüncə başını çevirərsən. Bəzən eşqi tapdım deyə qışqırmaq istəyərsən. Bəzən də səsini eşitmək istədiyin kimsəni əsla yanında tapa bilməzsən.

Gözəl sözlər pətəkdən damla-damla sızan bala bənzər, insanın ruhuna dad verər. Gözləyənə uzun, qaçana sürətli, acı çəkənə bitimsiz, ölənə sonsuz, qalana dibsiz quyu, yarası qabıq tutana dinc, gəncə və yaşlıya ayrı, gündüz başqa, gecə başqa... Yazın isti, soyuq qışın ayazı... Amma sevənə zaman heç bitməz.

Əzizlərim, bu fani dünya imtahanlarla doludur. İkiüzlülükdən, yalandan, riyakarlıqdan uzaq olmağınızı diləyirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə