Aybəniz Haşımovadan qızına giley

Əməkdar artist Aybəniz Haşımovova uzun müddətdir əziyyət çəkdiyi qızıl yel xəstəliyindən sağalıb. SİA-nın məlumatına görə, 23 gündür yataq xəstəsi olan müğənni artıq yeriyə bildiyini açıqlayıb: "Bəlkə də bu son olacaqdı, bəlkə də böyük bir imtahan qarşısındaydım, nə bilim. Bir onu bilirəm ki, Allaha hazıram, qarşındayam dedim. Əslində qəfil gələn əcəl idi. Nədənsə heç qorxmurdum. Nə bədənimi, nə tutulmuş ayağımın ağrısını, nə canımı saran alovu hiss edirdim. Sanki bütün ağrılarımı unutmuşdum. İçimdə tək bunu dedim, Aynişan, xəbərin yoxdur, anan can verir. Amma demək, vida zamanı o gün deyilmiş. Bilmirəm buna sevinim, yoxsa yox...

Allah qarşısında növbəti imtahanlara zaman qazandım. Bu da ömrümün 52-ci yayında Allahın qarşısında verdiyim imtahan... Qadalı başlayıb, sonu major akkordlarla bitən, ömür səhifəmə yazılan yazı. Həkim ayaqüstə duracağıma məni inandırmışdı, oldu da. Artıq ayağımı yerə basa bilirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə