Aysun “Giveaway”lə bağlı ittihamlara cavab verdi

Aysun “Giveaway”lə bağlı ittihamlara cavab verdi

“İnstagram”da “Giveaway” təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. SİA-nın məlumatına görə, qonorar qarşılığında “Giveaway” reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələrə müxtəlif vədlər verilib. Amma nəticə heç də gözlənilən olmayıb. Yarışmanı təşkil edən şəxs “Giveaway”i yarıda saxlayıb. Yarışmaya sponsor olan 160 şəxsə verilən vədlər reallaşmadığından narazılığını bildirib.

Məsələ ilə bağlı Aysun İsmayılova fikirlərini bildirib: “Mən “Giveaway” keçirməmişəm. Qonorarımı alıb cəmi 1 dəfə paylaşım etmişəm. Mənim heç kəsi aldatmaq niyyətim olmayıb. Təşkilatçının sponsorlara verdiyi vədlərdən də məlumatsız olmuşam. Mən bilsəydim belə bir vədlər verilib, mən özüm təşkilatçıya dəstək olardım. Təki bu qədər insanın etibarını itirməyək. Həmin insanlara görə çox üzgünəm. Kaş ki, onlara dəstək olmaq üçün əlimdən nə isə gələrdi”.

Bütün xəbərlər Facebook səhifəmizdə