Xalq artisti yeni klip çəkdirib - FOTO

Xalq artisti yeni klip çəkdirib - FOTO
Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi, "Cənab Qızıl Şlyager", 100% F.A və daha çoxsaylı titulların sahibi Faiq Ağayev durğunluq dövrü yaşayan yerli şou-biznesdə əsl bomba partlatdı. 23 illik səhnə fəaliyyəti dövründə keyfiyyət göstərici kimi qəbul edilən və yalnız keyfiyyətli mahnılar ifa edən müğənni hit-paradlarda öz birinciliyini digər mahnılarla paylaşmayan "Bal kimi" mahnısına çəkdirdiyi kliplə televiziya ekranlarında canlanma yaradacaq. Keyfiyyətli vizual məhsul ilk dəfə 5 may tarixindən təqdim olunacaq. Faiq Ağayev bu dəfə də ənənəsinə sadiq qalaraq virtual məkanda keyfiyyətli "Bal kimi" klipini təqdim etdi.

SİA-nın məlumatına görə, mahnının sözləri və musiqisi tanınmış tele-aparıcı, şoumen və bəstəkar Murad Arifə məxsusdur. Təhmasib Məmmədovun ideyası və baş operatorluğu ilə ekranlaşdırılan klipin rejissoru isə İlham Yaşaroğludur. Süjet xətti olmayan, dinamik rəqslərlə həmahənglik təşkil edən ekran işində xalq artisti rəqqasların müşayiəti ilə bir neçə dəyişən obraz yaradır. Qrafik üslubda hazırlanan "Bal kimi" Faiq Ağayeva hədiyyə olunub. Xalq artisti peşəkar komandanın işindən razı qaldığı üçün onlarla əməkdaşlığını bundan sonra da davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə