Borcuna görə avtomobili əlindən alındı VİDEO

Borcuna görə avtomobili əlindən alındı VİDEO

Əməkdar artist Elza Seyidcahan yol hərəkət qaydalarını pozub. SİA-nın məlumatına görə, müğənninin buna görə 5500 manat borcu var. O bildirib ki, avtomobili əlindən alınıb və cərimə meydançasına götürülüb.

Bu haqda Elza verilişlərin birində danışıb və bildirib ki, hazırda taksidən istifadə edir: "Canlı yayımlar, tədbirlər... Tıxaca düşəndə vaxtında çatmağa çalışırıq. Polislər bizə güzəşt etsələr də, radarlar etmir. Cərimələrin üstünə də sığorta və faiz gəlib, borcum 5500 manat olub. 3 min manat ödədim, qalıb 2500 manat. İndi karantin vaxtıdır, ödəyə bilmirəm. Məni başa düşməlidilər.

Çətindir, gündə dörd verilişə gedirəm, maşınım mənim üçün ev idi. Bütün geyimləri içinə yığırdım. Güzəşt etsinlər, az-az ödəyim. Çoxu qayda pozuntusu deyil, faiz üstünə gəlib. Hər 20 gündən bir faiz gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə