Cavanşir: "Atam öləndə anama dedim ki, ərə get" VİDEO

Cavanşir: "Atam öləndə anama dedim ki, ərə get" VİDEO

Əməkdar artist Cavanşir Məmmədov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, müğənni bildirib ki, atası dünyasını dəyişəndən sonra anasının yenidən ailə həyatı qurmasını istəyib: "13 yaşımda atam rəhmətə getdi. 23 yaşımda anama dedim ki, ailə qur. Görürdüm ki, anam hər gün əziyyət çəkir. Atamdan sonra anam il yarım işləmədi. Dayım dedi ki, nə qədər ömrüm var sizə baxacam. Özüm işləyirdim, pul qazanırdım.

Anama yazığım gəldi, dedim, cavandır, insandır. Həyata insan bir dəfə verilir. Anamın fikrini öyrənməli idim. Anama o sualı verməsəydim, hissiyatsız biri olardım. İkimiz idik, oturmuşduq. Dedim, sən də əziyyət çəkirsən, həyatdır, atam rəhmətə getdi. Qayıtdı ki, məsləhətini saxla, mənə vermə. Razı olarsan ki, kiməsə ata deyəsən? Dedim ki, onsuz o, sözü deyən deyiləm. Anam da cavab verdi ki, o zaman yerində otur".

Bütün xəbərlər Facebook səhifəmizdə