Kərim yenə karantin qaydalarını pozdu? VİDEO

Kərim yenə karantin qaydalarını pozdu? VİDEO

Müğənni Kərim Abbasov sosial şəbəkədə restoranların birində çıxış edərkən çəkdirdiyi videosunu yayımlayıb. SİA-nın məlumatına görə, o, paylaşımına bu sözləri yazıb: “Bu video köhnə görüntülərdir. Yaxşı ki, heç bir məkan işləmir. Yoxsa bəzi jurnalistlər yazar ki, “Kərim karantin qaydalarını pozdu”. Mənim daşım ağırdır. Bəzilərinin başına düşüb”.

Qeyd edək ki, Kərim bir neçə gün əvvəl karantin qaydalarını pozaraq dənizkənarı istirahət mərkəzlərindən birindən “İnstagram” səhifəsində video paylaşaraq "Dörd ay sonra səhnəyə çıxdım" sözlərini yazmışdı. O, qınanıldığını görərək sözügedən videonu sosial media hesabından silmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə