Ayan: "Canıma qəsd etməyə çalışmışam" VİDEO

Ayan: "Canıma qəsd etməyə çalışmışam" VİDEO

Müğənni Ayan Babakişiyeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı aparıcının suallarını cavablandırıb.

"Müğənni olmaq, yoxsa evdar xanım olmaq" sualına sənətçi "Ər çörəyi yemək" cavabını verib.

Sevgidən söz açan Ayan həyatında üç dəfə sevdiyini etiraf edib: "Məsafələr sevgini azaldır. İnsan uzaq olanda... Hiss etdiyin insan yanında deyil, toxunub hiss edə, gözünə baxım nəsə deyə bilmirsən. Ona görə də hər şey yavaş-yavaş sönür və məhv olur. Bir dəfə sevginin arxasınca getmişəm. İndi sevgi üçün ağlımı itirmərəm".

Babakişiyeva intihara cəhd etməsindən də danışıb: "Həyatıma özüm qəsd etməyə çalışmışam. Sosial şəbəkədə ən çox sevdiyim şərh: güclü qadın. Amma insan güclü qadın olmaqdan bezir və xoşbəxt olmaq istəyir. Xəyallar qurursan, nağıllara inanırsan. Xəyalların puç olur, küncə sıxılırsan və öz varlığından, kölgəndən qorxursan. Gücün çatmır, canına qəsd edirsən. Bir səs eşidirsən, öz canından bir parça... O, var və nəfəs alır. Bu, yanlış bir qərardır. Bizə bu canı Allah bəxş edib. Kimik ki, ona qəsd edək. Özünü toparlamalısan. Mənim üçün heç kimin fikri önəmli deyil. Kim haqqımda hansı şərhi verir umrumda deyil, əsas övladımın xoşbəxtliyidir".

Bütün xəbərlər Facebook səhifəmizdə