Zamiq: “Şou-proqramlardan imtina etmişəm”

Zamiq: “Şou-proqramlardan imtina etmişəm”

Müğənni Zamiq Hüseynov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, sənətçi bildirib ki, şou-proqramlardan imtina edib: "Özümü saxlayıram. Nə qədər mümkündürsə, belə davam edəcəm. 16 yaşımdan bütov toylara gedirəm. Canlı oxumağı sevirəm. Fonoqram oxumaq istəmirəm. Əvvəl gündə dörd şou-proqrama gedirdim. Fonoqram qoyurdular, mən də qalıram. Elə bilirəm ki, oxuya bilmirəm.
Toylar keçirilməsə də, şou-proqramlar davam edir. Amma getməyəcəyəm. Fonoqram oxuduqca, musiqi həvəsim ölür. Oxumasam ürəyim partlayar. Əgər restoranlar istəyərsə, həftədə bir dəfə ansamblımla gedib canlı oxuyaram".

Zamiq keçmiş görüntülərindən utandığını etiraf edib: “Kompleksim var. Keçmiş fotolarıma baxa bilmirəm. Elə bilirəm ki, ən formalaşmış görünüşüm indidir. Heç xoşum gəlmir. İdmanla məşğul oluram, bədən yığıram, geyimlər daha yaxşıdır".

Müğənni sosial şəbəkədə yazılan tənqidlərdən söz açıb. Zamiq sosial şəbəkədəki izləyicilərə səslənərək, bunları deyib: "Tənqidi qəbul edirəm. Desinlər ki, xoşum gəlmir, geyim tərzin pisdir. Amma oturub insana söyüş yazırlar. Bu yaxınlarda dostlarla oturub danışırdıq. Hamı sosial şəbəkədə yazılan söyüşləri müzakirə edirdi. Həmin insanlar həyatda özlərini tapmayanlardır, əllərinə bir telefon alır söyüş yazırlar. Sərt söyüş yazanlar yazıqdırlar. Gələcəklərini, valideynlərini, övladlarını fikirləşsinlər. Kiməsə söyüş yazmaq zəiflikdir. Onlara baxanda yazığım gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə