Rusiyada məşhurlaşan azərbaycanlı bloqqer Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb. SİA-nın məlumatına görə, hüquq mühafizə orqanları bahalı avtomobil həvəskarı olan Hüseyni Böyük Dorodomilovskaya küçəsində yeni "Rolls-Roys Cullinan" markalı avtomobilində olarkən yaxalayıb. Buna səbəb isə həmin nəqliyyat vasitəsinin borca görə axtarışda olması və Hüseynin həmin avtomobilə “Lamborghini” markalı maşınının nömrə nişanını vurması olub.
Qeyd edək ki, Hüseyn Həsənov iyunun 9-da avtomobilinin dövlət nömrə nişanını gizlətdiyinə görə 3 aylıq sürücülük hüququndan məhrum edilib. O, iyunun 20-də sürücülük vəsiqəsini təhvil verməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB