Müğənni Rəqsanə İsmayılova yeni layihə üzərində çalışır. SİA xəbər verir ki, müğənnin yeni jurnalı işıq üzü görəcək. "Rec" adlı jurnal Rəqsanənin mayın 25-də qeyd edəcəyi ad günü üçün hazırlanır. 32 yaşını qeyd edəcək müğənni həmin gün yeni jurnalı ilə yanaşı, klipini də təqdim etmək fikrindədir.
Jurnalda müğənni haqqında indiyədək bilinməyən təfərrüatlar yer alacaq. "Rec"-ə müsahibə verən müğənni göz yaşlarını saxlaya bilmədi. Maraqlı məqamlardan biri odur ki, jurnalda ilk dəfə olaraq müğənninin sevdiyi şəxslə fotosessiyası yer alıb. Beləcə, Rəqsanə şəxsi həyatını açıb-töküb.
Jurnalın ilk sayında müğənnin böyük qızı Aysun özünü jurnalist kimi də sınadı. Hər nömrədə Aysun digər müğənnilərin övladlarından müsahibə alacaq.
"Çoxdandır, jurnal hazırlamaq istəyirəm. Deyəcəklər ki, Röya və Aygün Kazımova elədi, Rəqsanə də təkrarladı. Amma uzun zamandır bu layihəni planlaşdırıram. Sadəcə, başıma gələnlər layihəni ərsəyə gətirməyə imkan vermirdi. Şükür Allaha, indi hər şey yaxşıdır. Artıq həyatımda hər şey qaydasına düşür. İnanıram ki, jurnalım oxunaqlı olacaq. Bunun üçün isə peşəkar heyət yığmışam. Düşünürəm ki, yanımdakı insanlarla jurnal çox möhtəşəm olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB