Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva qeyri-adi konsert proqramına hazırlaşır. Bu barədə SİA-ya xalq artistinin mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, müğənni hazırda vətənpərvərlik mövzusunda ifa etdiyi bir mahnıya klip çəkilişlərini həyata keçirməklə yanaşı, yerli telekanalların birinin canlı yayımlayacağı konsertə hazırlaşır. Konsert mayın 10-da olacaq.
"Novruz Aslanovun "Bayraq" mahnısına (sözləri Gülnar Hüseynovaya məxsusdur) klip çəkirik. Klip bütün yerli telekanallarda nümayiş etdiriləcək. Bundan başqa, İlhamə xanım telekanalların birinin efirində 1 saatlıq fonoqramsız konsert proqramı ilə çıxış edəcək", - deyə mətbuat katibi bildirib.
Qeyd edək ki, canlı efirdə belə solo konsert yerli teleməkanımız üçün nadir hadisədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB