Serbiyanın “Eurovision- 2011” təmsilçisi: “Sizin builki mahnınız fantastikdir”- FOTO
Serbiyanın "Eurovision- 2011" təmsilçisi Nina Azərbaycan təmsilçiləri və mahnısı haqqında ölkəmizin müsabiqə üzrə rəsmi fan-klubu olan "Ogae Azərbaycan"a müsahibə verib. SİA həmin müsahibəni təqdim edir:
- Eurovision mahnı müsabiqəsinə cəmi 2 həftə qalıb. Son hazırlıqlar barəsində nə deyə bilərsən?
- Bu çox çətin bir vaxtdır. Mən hər gün məşqlərdə oluram, səsim, xoreoqrafiya və kostumlar üzərində işləyirəm. Eyni zamanda hər gün müsahibələr verirəm. Sözün açığı, bütün bu işləri yoluna qoymaq elə də asan deyil və özümə çox az vaxt qalır. Lakin mən bütün bu proseslərdən həzz alıram və Düsseldorf barəsində düşünürəm.
- Öz şanslarını necə dəyərləndirirsən?
- Mən bu barədə elə də çox düşünmürəm. Bütün fikirlərim və səylərim yarımfinalda yaxşı çıxış edib, finala keçməkdir. Yenə təkrar edirəm ki, əsas məqsədim özümü yarimfinalda yaxşı göstərməkdir.
- Azərbaycan barəsində nə bilirsən?
- Mən bilirəm ki, sizin ölkə çox gözəldir və bizim nöqteyi nəzəridən ekzotikdir. Paytaxtınız isə Bakıdır. Buraya səfər etmək çox gözəl olardı.
- Bizim təmsilçilərimiz Eldar və Nigar səninlə bir yarımfinalda yarışacaqlar. Duetimiz və mahnımız barəsində nə deyə bilərsən?
- Mən deməliyəm ki, sizin builki mahnınız fantastikdir! Onlara uğurlar arzulayıram və ümid edirəm ki, finalda da bir yerdə çıxış edək.
- Eurovision 2011-də favoritlərin kimdir?
- Heç kimi seçmək istəmirəm. Bütün mahnılar çox yaxşıdır və mənim fikrimcə, bu ilki müsabiqə ötən illərdəki müsabiqələrdən daha üstündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB