"Atamın ölümündə günahkardırlar"

"Atamın ölümündə günahkardırlar"

Aktyor İlkin Miskərli atasının ölümü ilə bağlı etiraf edib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Azərbaycanda yaxşı həkimlər var. Amma pis həkimlər də çoxdur. Qılman doktor obrazı ilə həkimlərdən qisas aldım. Hərdən həkimlər mənə deyir, niyə belə edirsən? Deyirəm, mən pis olanları göstərirəm.

Atama səhv diaqnoz qoydular. Onu Bakıya xəstəxanaya gətirəndə artıq gec idi. 52 yaşında xəstəlikdən vəfat etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə