Murad müğənniləri "yıxıb-sürüdü"

Murad müğənniləri "yıxıb-sürüdü"

Müğənni-bəstəkar Murad Arif həmkarlarının zənginə cavab verməyən sənət adamlarını tənqid edib. SİA-nın məlumatına görə, ifaçı onları "ağ yuyub-qara sərib": "Bir həmkarım başqasına "Sənin prodüserin mənə zəng edə bilməz! Prodüserin üçün prodüserimin nömrəsi var" deyəndə, onu ürəyimdə qınamışdım. Çünki heç kəs heç kəsdən üstün deyil. Hamı Allah qatında insandır. Bəzən müğənninin işçisiylə danışmaq hətta daha xoş, operativ olur. Amma məsələnin başqa tərəfi də var. Tanışıq? Həmkarıq? Münasibətlər mehribandır? Superstar qədər məşğul deyilsən? Sən nə qədər vacib adam oldun ki, sözünü mənə işçin deyir? Zəng et, özün sözünü de. Qarşılıqlı etika, mədəniyyət, hörmət belə şeylərdən başlayır, 5-10 il oxuyanlar. Bir yerə qeyd edin".

Bütün xəbərlər Facebook səhifəmizdə