Aybəniz Haşımova: "19 gündür ayağa qalxa bilmirəm"

Aybəniz Haşımova: "19 gündür ayağa qalxa bilmirəm"

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb. SİA-nın məlumatına görə, ifaçının ayağındakı problemin hələ də sağalmayıb. Bu haqda sənətçinin özü məlumat verib: "Həkimim ilk gündən ayağımın sağlam, yeriyə biləcəyimə ümid verdi. 19 gündür ki, yatılı vəziyyətdəyəm, sol ayağımı yerə basa bilmirəm. Dünyada qızıl yel qədər mədəniyyətsiz xəstəlik yoxdur. Bunun 19 gündür mənə yaşatdığını bir mən, göydəki Allah, bir də yanımda qayğımı çəkənlər bilir. Allah hamımızdan razı olsun. Həkimim sayəsində inşAllah ayağa qalxacam".

Bütün xəbərlər Facebook səhifəmizdə