Əməkdar artist Elnarə Abdullayeva həmkarı Mətanət İsgəndərlinin onun ünvanına dediyi "Özünə hörmət edən bu sözü deməz" sözlərinə münasibət bildirib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Efirdən bir ismarış yollayıram: hamı bilir ki, "oğluma oxuyan qız almaram" cümləsi mənə aiddir. Neçə dəfə izah etmişəm ki, çətin sənətdir. Bunlar o qədər qarnıqurtlu və əxlaqsız hərəkətləri var ki, dediyimi başa düşmürlər. Mən də toyda, gəlin də... Axı evdə kişilərə qulluq edən lazımdır.
Vüsalə Əlizadənin verilişində Mətanət İsgəndərli deyir ki, özünə hörmət edən bu sözü deməz. Bütün Azərbaycan bilir ki, söz mənimdir, siz bilmirsiz? Bunu başqa pis mənada demirəm. Bu qədər oğlan evləndirib, qız köçürtdünüz, müğənni alardınız da. İkincisi isə, özünüz necəsinizsə, cümləmi elə başa düşürsünüz. Mən pis mənada deməmişəm.
Axırıncı dəfə olsun, sual verirsiz, deyin, Elnarənin fikridir. Hansınızınsa bostanına daş atmıram. Oğlumun qırmızı ayaqqabı geyinməsini istəmirəm. Demirəm ki, pisdir. İstəmirəm, evdə kişi böyüdürəm, deyirəm qırmızı ayaqqabı geyinmə. Olmaz belə şeylər. Elə edəcəksiniz ki, başqa cür davranacam.
Milçək bir şey deyil, ürək bulandırır. Ərim ərin, uşağım uşağın, pulun pulum, səsin səsim deyil. Mənim səninlə nə işim ola bilər? Lazım deyil belə hallar. O, çıxıb efirdə danışdı, mən də cavab verirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB